​İraq prezidenti Ərdoğanla görüşə gedir

Baxış sayı:
5383

İraq Prezidenti Bəhram Saleh sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə Türkiyəyə səfər edəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri İraq Xarici İşlər naziri Məhəmməd əl-Hakim deyib. O bildirib ki, iki lider sərhəd təhlükəsizliyi və Suriya məsələsi kimi önəmli mövzuları müzakirə edəcək. Əl-Hakim bu görüşün iki ölkə münasibətlərinin yaxşılaşdırılması üçün önəmli rol oynadığını bildirib.
XİN rəsmisi səfər çərçivəsində özünün də türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcəyini bildirib.