​İraq ordusu YPG ilə razılaşdı

Baxış sayı:
3767

İraq ordusunun generalları PKK terror təşkilatının YPG qolu ilə razılaşma əldə edib.
Muxalifət.az xəbər verir ki, razılaşma İraq-Suriya sərhədininin təhlükəsizliyinin təmin olunmasına dair koordinasiya mərkəzi qurmaq üçün əldə edilib. Hər iki tərəf ortaq problemi olan İŞİD terror təşkilatı qüvvələrinin bölgədən təmizlənənə qədər razılaşmaya sadiq qalacağını bildirib.
Suriyadakı koalisiya qüvvələrinin amerikalı, ingilis və fransız təmsilçiləri isə YPG-nin tayfa liderləri ilə görüşüb. Toplantıda koalisiya komandirləri Suriya Demokratik Qüvvələrinin (SDQ) koalisiyanın bir parçası olduğunu bildirib və SDQ-yə olan yardımların davam etdiriləcəyi vədini verib.