İraq ordusu Kərkükə girdi

İraq ordusu Şimali İraq Kürd Muxtariyyətində keçiriləcək müstəqillik referendumuna sayılı gün qalmış Kərkükdə əməliyyatlara başlayıb.
Bu barədə Türkiyə mediası informasiya yayıb.
Əməliyyat səhər saat 5 radələrində başlayıb. Əməliyyatlarda İraq ordusu ilə birlikdə Haşdi-Şabi qruplaşması da iştirak edir.
Qeyd edək ki, İraq parlamenti müstəqillik referendumunu Konstitusiyaya zidd hesab edərək qərarın ləğv edilməsini istəmişdi.