​İRAQ İLƏ TÜRKİYƏ RAZILAŞDI - DÜNYANIN GÖZÜ YAXIN ŞƏRQDƏ

Baxış sayı:
5053

Muxalifət.az xəbər verir ki, İraq ilə Türkiyə arasında yeni sərhəd qapısı üçün iki ölkələrin nümayəndələrinin səfərləri yaxın günlərdə başlayacaqdır.
Türkiyənin Bağdaddakı səfiri Fatih Yıldız İraq ilə yeni sərhəd qapısının açılması ilə bağlı ikitərəfli texniki səfərlərin yaxında başlayacaqlarını bildirərək deyib: “Şimaldakı (Şimali İraq Kürd Muxtariyyəti) hadisələr (referendum) bizə bunu göstərdi – Türkiyə ilə İraq yeganə sərhəd qapısı ilə kifayətlənməməlidirlər”.
Bağdadda açılması gözlənilən Ovaköy sərhəd qapısı ilə bağlı “Anadolu Agentliyi”nə açıqlama verən Yıldız yeni sərhəd məntəqəsinin İraq ilə ticarət baxımından mühüm olduğunu bildirib./Hurriyyet.org