İraq Belçika vətəndaşına edam cəzası verdi

Baxış sayı:
7505

İraq məhkəməsi Mərakeş əsilli Belçika vətəndaşı olan İŞİD terrorçusunun edam edilməsi barədə qərar qəbul edib.
 
Muxalifət.az xəbər verir ki, əsl adı Tarık Cadun olan terrorçu Belçika və Fransa ərazisində terror aktlarının törədilməsində də iştirak edib.
Bu gün keçirilən və cəmi 10 dəqiqə ərzində yekunlaşan məhkəmə prosesində hakim Cadunun barəsində İraqın Terrorla Mübarizə Qanununun dördüncü bəndinə əsasən, terror hücumlarında iştirak ittihamı ilə edam cəzası qərarı qəbul edib./axar.az/