​İranlı turistlər Türkiyədə qəzaya düşüb, 8 NƏFƏR ÖLDÜ

Baxış sayı:
2557

Novruz tətilini qeyd etmək üçün Türkiyəyə gedən 5 nəfərlik iranlı ailə geri qayıdarkən qəzaya düşüb.
Muxalifət.az xəbər verir ki, Trabzon səfərindən qayıdan iranlı turistləri aparan avtomobil yoldakı qazıntıya 10 metr qalmış təmir nişanını görmədiyindən 8 metrlik çuxura düşüb.
Bir müddət sonra isə təmir lövhəsinin olmaması səbəbindən mikroavtobus da eyni çuxura düşüb.
Qəza nəticəsində iranlı ailənin hamısı və mikroavtobusda olan üç nəfər dünyasını dəyişib. Hadisə zamanı 4 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı həmin ərazidə inşaat işlərini aparan şirkətin 2 əməkdaşı saxlanılıb./report/