İranlı kiçik qızdan NASA-ya duyqusal məktub

Baxış sayı:
5542

 İranın Kirman əyalətində yaşayan 11 yaşındakı qız uşağı kosmonavt olmaq xəyalını Amerika Aviasiya və Kosmos Agentliyinə (NASA) məktub yazaraq bildirib.
 
İran mediasına görə, NASA-da xidmət edən İranlı elm insanı Firuz Naderiyə məktub yazan Nigar, kosmonavt olmağı arzu etdiyini və NASA-da işləmək istədiyini bildirib.
Məktubunda, bir raketlə kosmosa uçmağı arzuladığını dilə gətirən Nigar, bu sətirlərə yer verib:
“Adım Nigardır və 11 yaşım var. Həyatımdakı ən böyük arzum kosmonavt olmaq və NASA-da işləməkdir. Sizə fikirlərimi açıqlamağı sevirəm, ancaq buraya fikirlərimi sığışdırmıram".
Nigar NASA və kosmosla bağlı bütün xəbərləri təqib etdiyini vurğulayaraq, "Bu an bir kosmonavtın etməsi lazım olan bütün idman növlərini edirəm. Mən kosmos, riyaziyyat, rəsm və idmana aşiqəm. Astronavt peşəsi ilə əlaqədar bütün çətinlikləri bilirəm və buna baxmayaraq kosmonavt olmaq istəyirəm" deyib.
Məktubunun altına astronavt və kosmos raketinin rəsmini çəkən Nigar, arzusunun yerinə yetiriləcəyi günü gözləyir.
Sosial media hesabından kiçik qızın NASA-ya yazdığı məktubun fotosunu bölüşən elm insanı Naderi, Nigarın məktubu haqqında "Yüksəkləri hədəf alın. Məqsədinizə nail olmasanız belə kiçik şeyləri hədəfə almaqdan yaxşıdır" deyə yazıb.
Müxalifət.az