İranlı hakerlər məxfi araşdırmaları oğurlayıb...

Baxış sayı:
2863

İranlı hakerlər Böyük Britaniya universitetlərindən milyonlarla sənəd və məxfi araşdırmaları oğurlayıblar.
Bu barədə “Deyli Teleqraf” yazıb.
Kiberhücum Britaniyanın ən nüfuzlu ali təhsil müəssisələri, o cümlədən Oksford və Kembricə qarşı həyata keçirilib.
Nüvə texnologiyası və kompüter təhlükəsizliyi sahəsində akademik araşdırmaların nəticələrini əks etdirən sənədlər internetdə satışa çıxarılıb.
Bu hadisənin ABŞ Prezidenti Donald Trampın noyabr ayında yeni sanksiyalarla hədələdiyi İrana qarşı Qərbin mövqeyinin dəyişməsinə səbəb olacağı bildirilib.