​İranlı general: “QİYAM MƏĞLUB OLDU”

Baxış sayı:
2244

İslam İnqilabı Keçikçiləri Korpusunun komandanı, general Məhəmməd Əli Cəfəri bildirib ki, ölkədəki iğtişaşlara son qoyulub və hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.
Muxalifət.az “Fars” agentliyinə istinadən xəbər verir ki, general Cəfəri deyib: “Düşmənlərimiz bilməlidir ki, hərbi və təhlükəsizliklə bağlı hədələr İrana qarşı işləməyəcək”.
“Bu gün biz elan edə bilərik ki, ölkədəki qarışıqlıq başa çatıb və qiyam məğlub olub”, – son günlərdə ölkədə baş vermiş hadisələr barədə danışarkən general bildirib.