"İranla müharibə qlobal iqtisadiyyatı çökdürər" - Məhəmməd bin Salman

Baxış sayı:
12367

Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman İran və ölkəsi arasındakı siyasi gərginlik haqda açıqlama verib. Avropa.info xəbər verir ki, şahzadə beynəlxalq ictimaiyyətin İranın qarşısını almaq üçün birləşməməsi halında neft qiymətlərinin xəyal edilməyəcək səviyyədə artması ilə bağlı xəbərdarlıq edib. CBS kanalının "60 minutes" adlı proqramında qonaq kimi iştirak edən Məhəmməd bin Salman " Washington Post" qəzetinin jurnalisti Camal Qaşıqçının qətli ilə bağlı əmr verməsi ilə bağlı iddialara "Qəti şəkildə yox" cavabı verib. Ancaq o, ölkəsinin lideri olduğu üçün bu cinayətin məsuliyyətinin tamamilə ona aid olduğunu deyib. "Bu bir səhv idi. Gələcəkdən belə bir şeyə yol verməmək üçün əlimdən gələni etməliyəm" - Səudiyyə şahzadəsi deyib. İran və Səudiyyə Ərəbistanı arasında ehtimal olunan müharibə barədə Məhəmməd bin Salman sülhpərvər qərar verməyi tərcih etdiyini, mümkün müharibənin qlobal iqtisadiyyatı çökdürəcəyini bildirib: "Neftə tədarükü kəsiləcək və neft qiymətləri daha əvvəl görmədyimiz, düşünülməz dərəcədə yüksək rəqəmlərə çatacaq".