İranla bağlı “havadan hücum” xəbərdarlığı ilə ABŞ reaktivləri havalandı

Baxış sayı:
2320

ABŞ-ın may ayında İrandan gələ biləcək təhdidlərə qarşı tədbir məqsədiylə Orta Şərqə sövq etdiyi USS Abraham Lincoln təyyarə gəmisi və nüvə tutumlu B-52 bombardman təyyarəsi "hava hücumu” simulyasiya xarakterli manevr reallaşdırıb. Digər tərəfdən, bu səhər isti bir hadisə yaşanıb.
 

Manevraya ayrıca gəmilərdə istifadə edilən F/A-18 Super Hornet tipli ovçu təyyarələri, MH-60 Sea Hawk vertolyotları və havadan erkən xəbərdarlıq və idarə təyyarələri qatılaraq "hava hücumu” simulyasiyası icra edib.
Orta Şərqə göndərilən qrupa bir “Patriot” raket batareyasının və USS Arlington hərbi nəqliyyat gəmisinin qatılacağı bəyan edilib.
Digər tərəfdən, bu səhər isti bir həlişmə yaşanıb. ABŞ ordusu Bəsrə Körfəzində gövdə nümayiş etdirib. B-52 bombardman təyyarələri döyüş reaktivləriylə birlikdə havalanıb.
İngiltərəyə səfərə gedən ABŞ prezidenti Donald Tramp İrana qarşı bir hərbi hərəkatın masada olduğunu söyləyib. ITV televiziyasına danışan Tramp prezidentlik kreslosuna oturduğunda İranın ən kəskin düşmənlərdən biri olduğunu vurğulayıb.
"O zamanlar dünya üzərindəki terrorçu ölkələrdən biriydi, bəlkə bu anda da elədir" deyən Tramp, kritik əməliyyat sualını da cavablayıb: "Hər vaxt müharibə üçün bir şans vardır. İstəyirəmmi? Xeyr. İstəmirəm. Lakin hər vaxt bir şans var".
Müxalifət.az