İranın Suriyadakı HƏRBİ BAZASINDA PARTLAYIŞ SƏSLƏRİ

Baxış sayı:
5374

Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı İranın hərbi bazasında güclü partlayış səsləri eşidildiyi bildirilir. İsrail ordusunun sözügedən hədəfi vurmuş olma ehtimalı var.
 
Orta Şərqdə gərginlik səngimir. Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı İrana məxsus hərbi bazada gecə yarısı partlayışlar baş verib.
“Sky News Ərəb”, Dəməşqin cənubunda İranlıların istifadə etdiyi hərbi bazada çox şiddətli partlayışlar meydana gəldiyini bildirib.
Qeyd edək ki, ötən həftə İsrail təyyarələri Xama yaxınlığındakı hərbi hava limanını raketlərlə vurmuş və ən azı 11 əsgər ölmüşdü.
İranın Suriyadakı fəaliyyətini sonlandırmaq istəyən Təl-Əviv rəhbərliyi, daha əvvəl də bir neçə dəfə hücumlar təşkil edib. Belə ki, 2 həftə əvvəl işğal olunmuş Golan Təpələrinə raket atılmasından sonra, İsrail döyüş təyyarələri Suriyadakı İran hədəflərini bombardmana tutmuşdu.
Müxalifət.az