İranın son raket sınağı ABŞ-ı təlaşlandırdı

Baxış sayı:
17770

ABŞ-ın xarici işlər naziri Mayk Pompeo twitter hesabından verdiyi açıqlamada, İranın ballistik raket imkanlarını inkişaf etdirməyə davam edərək Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına meydan oxuduğunu deyib.
 
İran inqilabının 40-ci ildönümü münasibətilə İranlılar paytaxt Tehranda silah və hərbi avadanlıq nümayiş etdirərkən, İran 1350 kilometr mənzilli uğurlu raket sınağı həyata keçirdiyini açıqlayıb. ABŞ İranı raket proqramından çəkindirmək üçün daha sərt beynəlxalq məhdudiyyətlər qoymağa davam edəcəyini vurğulayıb. Vaşinqton İranın yeni raket sınağının, İran anlaşmasının raket proqramını dayandırması yönündə heç bir şey etmədiyini bildirərək Tehranın beynəlxalq normaları heçə saymasına cavab vermək lazım olduğunu vurğulayıb.
Müxalifət.az