İranın keçmiş prezidenti SEPAH-I “VURDU”

Baxış sayı:
6064

İranda islahatçı qanadının ən önəmli liderlərindən olanMəhəmməd Xatəmi, mediaya verdiyi açıqlamasında ifadə və mətbuat azadlığı ilə dövlətin idarəetmə mexanizminə münasibət bildirib. PARALEL QÜVVƏLƏRİN VARLIĞI Xatəmi, ABŞ-ın noyabrda həyata keçəcək sanksiyalarının idarəetmə mexanizmlərindəki zəifliklər səbəbiylə daha böyük problemlərə yol açacağına işarə edərək, İranın bəzi problemlərini paralel qüvvələrin varlığına bağlayıb. İqtisadi problemlərlə yanaşı, mədəni, siyasi və təhlükəsizlik problemlərinin də gündəmə alınması lazım olduğunu ifadə edən Xatəmi, dövləti idarə edənlərin tənqidlərə qulaq asılmasının cəmiyyətdəki cəsarət və ümidi artıracağını söyləyib. Cəmiyyət üçün dialoq mühitinin qapalı olduğunu dilə gətirən Xatəmi, "Zorakılıq, təkcə dialoq çatışmazlığı ilə deyil, cəmiyyətin bəzi ehtiyaclarının ödənməməsi və ümidin kəsilməsinin hesabınadır. İslahatçı və mühafizəkar məsələsindən çox, bu prosesdə İranın nicatı söz mövzusu olmalıdır" deyə, bildirib. “MEYDANLAR MƏDDAHLARA QALIR” İfadə azadlığı və təhlükəsizliyin, cəmiyyətin nəbzini ölçmək üçün vacib amillər olduğuna diqqəti çəkən Xatəmi, “Bütün vətəndaşlar ehtiyaclarını ödəsinlər və təhlükəsizlik içində yaşasınlar. Bu gün mövcud olanı qorumaq istəyənlər ilə şərtləri yaxşılaşdırmaqdan yana olanlar arasında ziddiyətlər dərinləşib. Bizi narahat edən isə ziyalı təbəqə və xalq yanında ümidin azalmasıdır" deyib. CİDDİ PROBLEMLƏRLƏ QARŞI-QARŞIYA QALIRIQ Xatəmi, "Sistem özünü islah etməli, əks təqdirdə ciddi problemlərlə qarşı-qarşıya qalacaqdır" deyə, söyləyib. İslahatçı ətraf mühit, ədalət və vətəndaşlıq hüquqları məsələlərində daha güclü proqramlar hazırlamasının lazım olduğunu vurğulayan Xatəmi, bunları qeyd edib: “Hər bir islahat öz strukturu daxilində müzakirə olunmalıdır. Universal insan haqları təşkilatları, ekoloji təşkilatlar, güc və ekstremizmə qarşı qruplarla ortaq fikirdə görüşə və ünsiyyət qura bilərik. Çıxışımızı universal hala gətirməli, islahat əleyhdarlarının içəridə və çöldə yaratdıqları ağır havanı da dəyişdirməliyik". “Bu gün azad və çirkli məlumata təslim olmayan mətbuat daha fəal rol oynaya bilər” deyən Xatəmi, "Demokratiyanın göstəricisi, yaxşı genə sahib olmaq deyil, qabiliyyətli və xalqın səsinə layiq olmaqdır. İmkan verək din əleyhdarları danışsın ki, ortaya fikirlər çıxsın. İfadə azadlığının əngəllənməsi meydanların məddahlara qalmasına səbəb olur". Müxalifət.az