İranın birinci vitse-prezidenti XALQDAN ÜZR İSTƏDİ

Baxış sayı:
2248

İranın birinci vitse-prezidenti İshaq Cahangiri ölkədəki problemlərə görə əhalidən üzr istəyib.
İ.Cahangiri Tehranda yeni istifadəyə verilən məktəbin açılışında deyib: “İrana psixoloji təzyiqlər edilir. Bəziləri bundan istifadə etməyə cəhd göstərir. Mən İrandakı problemlərə və bir sıra çatışmazlıqlara görə xalqdan üzr istəyirəm”.
O, əhalinin rifah halının pisləşdiyini etiraf edib: “Bu problemlərin çoxu ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən yaranıb. Bəzi çətinliklər isə hökumətin düzgün olmayan proqramından doğub. Əgər doğru-düzgün proqram hazırlanarsa, onda bütün problemləri həll edə biləcəyik”.