​ İranın ali dini lideri ilə Türkiyə prezidenti arasında görüş keçirilib

Tehranda İranın ali dini lideri ayətullah Əli Xamneyi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub. 
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, görüşdə Xamneyi  İran və Türkiyə arasında  iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb, İranla Türkiyənin İslam dünyasının önəmli məsələlərində əməkdaşlıq və razılığını təsiredici və önəmli olduğunu qeyd edib.

Ali Lider  İran və Türkiyə arasında  iqtisadi əməkdaşlığın artırılmasının zəruriliyi vurğulayıb. “Təəssüflər olsun ki,  geniş potensiala baxmayaraq  son bir neçə ildə  iqtisadi əməkdaşlığın səviyyəsi zəifləyib. Bu sahədə daha çox fəaliyyət və səy göstərmək lazımdır”.  Xamneyi İraq Kürdüstanında keçirilən referendumu region üçün təhlükə adlandırıb: “İran və Türkiyə  bu kimi hadisələr qarşısında mümkün olan bütün vasitələrdən istifadə etməldir.  İraq hökuməti də  bu məsələdə ciddi qərar qəbul etməli və əməl etməlidir”.
Görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  İraq Kürdüstanı məsələsində İran, İraq və Türkiyənin birgə və eyni vaxtda addımlar atmasının zəruriliyini vurğulayıb. Türkiyə prezidenti  həmçinin İranla iqtisadi əlaqələrin 30 milyard dollar çatdırılmasının zəruriliyini vurğulayıb.  “Çoxlu işlər varki, bir-birimizlə əməkdaşlıq etməklə yerinə yetirə bilərik”, deyə Ərdoğan bildirib.