İranın Afrin sancısı keçmir: "ƏRAZİNİ ƏSƏDƏ BURAXIN”

Baxış sayı:
6655

Türkiyənin qanuni hüquqlarından istifadə edərək sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə başlatdığı “Zeytun Budağı” Hərəkatına ilk gündən bəri qarşı olan İrandan yeni bir fikir gəldi. Dünən Putin və Ərdoğanla üçtərəfli sammit həyata keçirmək üçün Ankaraya gələn Ruhaninin Ərdoğana, "Afrini Əsədə buraxın" dediyi ortaya çıxıb.
 
Bu barədə İran televiziyası xəbər verib. Xəbərdə Ərdoğanın buna nə cavab verdiyinə dair hər hansı bir məlumat verilməyib. Bu gün Türkiyə prezidentinin sözçüsü İbrahim Qalına bu haqda soruşulub. Qalın, Ruhaninin bu təklifi etdiyi iddialarını təsdiqləyib:
“Hörmətli Ruhani, iclasın 1-ci hissəsində bu məsələni gündəmə gətirdi, amma bizim mövqeyimiz son dərəcə dəqiqdir. Afrinin təhlükəsizliyinin təmin olunması prioritet vəzifəmizdir. Biz bir təhdiddən qurtulub, başqa bir təhlükə ilə qarşı-qarşıya qalmaq istəmirik. Hazırda da əhəmiyyətli bir hüzur şəraiti təmin olunub".
Müxalifət.az