İranı tənqid edən Şiə milis lideri həbs olundu

Baxış sayı:
17155

 İraqın paytaxtı Bağdadda İranı tənqid edən Şiə milis gücü Əbu Fazil Abbas Briqadasının lideri Avs Havacinin İranın dəstəklədiyi Haşdi Şabi təhlükəsizlik qurumu tərəfindən həbs olunduğu bildirilib.
 
Bağdaddakı təhlükəsizlik mənbələrindən verilən məlumata görə, Haşdi Şabi təhlükəsizlik qurumu Havacini paytaxtın mərkəzindəki qərargahında həbs edib.
Şiə milis liderinin hansı əsasla həbs olunduğu barədə hələ rəsmi açıqlama verilməyib.
 
İRANI TƏNQİD ETMİŞDİ
 
 Avs Havaci həbs olumamışdan bir neç saat əvvəl iştirak etdiyi bir televiziya proqramında İranı tənqid etmişdi. Havaci yazıçı Əla Meşdubun ölkənin cənubundakı Kərbəla şəhərində silahlı hücum nəticəsində öldürülməsinə dair, "Əla Meşdub İrana bağlı və sevgi bəsləyənlər tərəfindən öldürülüb" deyərək sözügedən yazıçını İran dəstəkli silahlı qrupların öldürdüyünə işarə etmişdi. Havaci İraqda xarici ölkələrin hərbi varlığına son qoyulması və İranın ölkəsinin daxili işlərinə qarışmaması gərəkdiyini də eyni proqramda dilə gətirmişdi.
Qeyd edək ki, İraqlı yazıçı və aktivist Əla Meşdub 2 fevralda Kərbəla şəhərindəki evinin qarşısında kimliyi hələ ki müəyyən edilməyən şəxslərin silahlı hücumuna məruz qalaraq həyatını itirmişdi.
Şiə məzhəbinə mənsub Meşdub, təxminən iki həftə əvvəl sosial media hesabı üzərindən İran inqilab lideri Ayətullah Xomeyninin tənqid edən yazı yazmışdı. Meşdubun yazısından sonra öldürülməsi ölkədə mübahisələrə səbəb olmuşdu.
Meşdubun ölkədəki bəzi Şiə din xadimlərini tənqid edən yazıları da var.
Müxalifət.az