İrandan Trampa cavab gecikmədi

Baxış sayı:
6577

İranın xarici işlər naziri Zərif ABŞ prezidenti Donald Trampın Konqresdə çıxışında İranı hədəf alan sözlərinə Twitter hesabından cavab verib.
 
 Zərif tvitterdən yazdığı cavabda bu ifadələri işlədib:
 
“ABŞ qəssabları və radikalları dəstəkləyir"
 
“Donald Tramp bizə qarşı ittihamlar səsləndirərkən yəhudi həmvətənlərimiz, o cümlədən bütün iranlılar ABŞ-ın təzyiqinə baxmayaraq 40 illik irəliləyişi bayram edir. İran düşmənçiliyi ABŞ-ın bölgəmizə ziyan gətirən diktatorları, qəssabları və radikalları dəstəkləməsinə səbəb olmuşdur".
Qeyd edək ki, ABŞ prezidenti Tramp Konqres salonunda etdiyi çıxışında, İranla nüvə müqaviləsindən çəkilmə qərarını müdafiə edərək, "Tehranın ABŞ-ın bölgədəki müttəfiqlərini və yəhudiləri təhdid etməsinə icazə verməyəcəklərini" söyləmişdi.
Müxalifət.az