İrandan Sudan açıqlaması: Həmişə müsəlman ölkələrində...

Baxış sayı:
9082

İranın prinsipial siyasətlərindən biri də digər dövlətlərin daxili işlərinə müdaxilənin qəbuledilməzliyidir.
Muxalifet.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi Sudandakı hərbçi çevrilişlə bağlı açıqlamasında deyib.
“Son günlərdə Sudanda baş verənlər ölkənin daxili işləri ilə bağlı olan məsələdir. İran hər zaman müsəlman ölkələrində sabitliyin və təhlükəsizliyin təminatından yana olub və gələcəkdə də belə olacaq”, - deyə XİN sözçüsü bildirib.