İrandan sərt təpki: “ABŞ Trampdan ibarət deyil”

Baxış sayı:
1843

İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Haşmetullah Felahetpişə, ABŞ-ın prezident Donald Trampdan ibarət olmadığını söyləyib.
 
Haşmetullah Felahetpişə, Tehran və Vaşinqton arasında diplomatiya kanallarının açıq qalması lazım olduğunu qeyd edib.
 
 İranın rəsmi agentliyi “İRNA”-ya açıqlama verən Felahetpişə, "İrana genişmiqyaslı sanksiyaların tətbiq olunmasına qarşı olan ABŞ-lı bəzi siyasilər və digər sahələrdəki şəxslərlə dialoq qurulmalıdır" deyib.
ABŞ prezidenti Donald Trampın apardığı siyasət ölkəsini beynəlxalq ictimaiyyətdən təcrid etdiyini dilə gətirən Felahetpişə, "Bu üzdən ABŞ ilə diplomatik kanallar bağlanmamalıdır, çünki ABŞ Trampdan ibarət deyil". deyə söyləyib.
Felahetpişə, Trampın müxalifləri ilə diplomatiya, müzakirə və lobbiçilik fəaliyyətləri sayəsində İran və ABŞ arasında diplomatik münasibətlərdə yeni bir yumşalma mühitinin təmin edildiyini sözlərinə əlavə edib.
Müxalifət.az