​İrandan şok: Ölkəyə girənlərin pasportuna möhür vurulmayacaq

Baxış sayı:
12205

İran ABŞ sanksiyalarına cavab olaraq turist axınını stimullaşdırmaq üçün turistlərin ölkəyə giriş və çıxışı zamanı onların pasportlarına heç bir möhür vurmayacaq.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabiyi deyib. O, Prezident Həsən Ruhaninin bu təşəbbüsü dəstəklədiyini bildirib.
Onun sözlərinə görə, bunun sayəsində İrana gəliş faktı turistlərin gələcək həyatlarına heç cür təsir göstərməyəcək.