​İrandan raket zərbəsi haqda açıqlama: Bu, hələ başlanğıcdır

Baxış sayı:
4462

Bu, bir başlanğıc idi, davamı gələcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Suriyanın Deyr-əz Zor şəhərinə bağlı Elbu Kamal bölgəsinə edilən raket hücumuna münasibət bildirərkən deyib.
Raket hücumunun uğurla icra edildiyini və İŞİD-in bir çox komandirinin öldürüldüyünü deyən Baqiri terrorçuların İranın intiqam alacağını bilməli olduğunu söyləyib.
Qeyd edək ki, İranın Əhvaz şəhərində keçirilən hərbi parada hücumdan sonra SEPAH qisas alacağını açıqlamışdı.