İrandan İsrailə ittiham: SAXTA BAYRAQ ƏMƏLİYYATLARI İLƏ...

Baxış sayı:
9745

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, İsrailin kəşfiyyat təşkilatı MOSSAD-ın İranın dünya ilə münasibətlərinə zərər vermək, ictimai rəyi yönləndirmək və aldatmaq üçün təşkil olunan "saxta bayraq" əməliyyatlarını aparmaqla günahlandırıb.
 
Zərif, Twitter hesabından verdiyi açıqlamada, "Mossad-ın pozğun və tərs bir şəkildə saxta bayraq əməliyyatlarını davam etdirməsi təkcə bizim dünya ilə konstruktiv əlaqələr mövzusundakı əzmimizi gücləndirir" deyə qeyd edib.
 
Qonşularımızla möhkəm əlaqələr prioritetimizdir
 
Açıqlamasının davamında, Türkiyə, Azərbaycan və İran arasındakı üçlü toplantıda və Pakistan səfərinə işarə edən Zərif, “Qonşularımızla möhkəm əlaqələr prioritetimizdir " mesajını bölüşüb.
Digər tərəfdən, İsrail radiosu QAN, İran kəşfiyyatı tərəfindən Danimarkadakı "Ahvazın Qurtuluşu üçün Ərəb Mübarizəsi Hərəkatı" (ASİM) üzvlərinə qarşı planlaşdırdığı iddia edilən sui-qəsd təşəbbüsü ilə bağlı kəşfiyyat məlumatının Danimarkaya Mossad tərəfindən verildiyini bildirib.
Qeyd edək ki, Danimarka Polis Kəşfiyyat Qurumu, İran kəşfiyyatının, ASİM üzvlərinə sui-qəsd planlaşdırdığını və bu çərçivədə aparılan əməliyyatda İran əsilli Norveç vətəndaşı bir adamın 21 oktyabrda İsveçin Göteborg şəhərində həbs olunduğunu açıqlamışdı.
Müxalifət.az