İrandan İngiltərəyə təhdid! 'Cavab verəcəyik'

Baxış sayı:
5026

İngiltərənin İrana aid neft tankerini saxlamasından sonra İrandan "cavab verəcəyik" cavabı gəlib.
 
İranın xəbər agentliyi “Tesnim”-in xəbərinə görə, paytaxt Tehranda təşkil edilən bir mərasimdə çıxış edən İranın Baş Qərargah rəisi Məhəmməd Bakiri İngiltərəyə bağlı Cəbəllütariq muxtar rəhbərliyinin İrana aid neft tankerini saxlamasını "düşməncə cəhd" olaraq xarakterizə edib.
Hər cür düşməncə cəhdə etiraz edəcəklərini ifadə edən Bakiri, "İran neftini daşıyan neft tankerinin saxlanılması cavabsız qalmayacaq. Bu alçaldıcı hərəkətin cavabı uyğun bir zaman və məkanda veriləcək" deyib.
Qeyd edək ki, İngiltərəyə bağlı Cəbəllütariq muxtar rəhbərliyi cümə axşamı "Suriyaya neft daşıdığı" ittihamı ilə İrana aid neft tankerini saxlamışdı. İran isə tankerin Suriyaya neft daşımadığını iddia edir.
Müxalifət.az