​İrandan gözlənilməz bəyanat: Türkiyə bunu etsə...

Baxış sayı:
5917

Türkiyə Suriyada kürd qüvvələrə qarşı əməliyyatı rəsmi Dəməşqin razılığı olmadan həyata keçirərsə, o zaman Astana prosesi çərçivəsində əldə edilən razılaşmaların tətbiqi çətinləşə bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.
“Bizim mövqeyimiz dəyişməyib. Heç bir ölkə Suriya hökumətinin razılığı olmadan onun ərazisində hər hansı əməliyyat keçirə bilməz”.
Qasımi eyni zamanda əməliyyatların başlanılmadığını və prosesin gözlənilməsi gərəkdiyini ifadə edib.