İrandan Fransaya raket təpkisi

Baxış sayı:
1957

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Agnes Von Der Muhllun İrana yönəlik ballistik raket texnologiyasının istifadə edildiyi bütün fəaliyyəti dayandırma çağırışına cavab olaraq verdiyi açıqlamada, Paris rəhbərliyini məsuliyyətsizlikdə günahlandırıb.
 
 Fransaya nüvə müqaviləsinin müxalifləri tərəfindən ortaya atılan və "düzgün olmayan iddiaları" təkrar etməkdən çəkinməyə dəvət edən Kasımi, Fransa Xarici İşlər Nazirliyinin sözçüsünün iddiasının əksinə, İranın raket proqramının anormal məqsədlər üçün hazırlanmadığını və BMT TŞ-nin 2231 saylı qərarına zidd olmadığını irəli sürüb.
Müxalifət.az