İrandan BMT-yə: İsraili nəzarət altına al

Baxış sayı:
4378

İran BMT-yə müraciət edərək İsrailin təhdid siyasətini qınamağını istəyib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı İRİB televiziyası yayıb. Tehran BMT-yə yolladığı müraciətdə həmçinin Təl-Əvivin nüvə proqramının da nəzarət altına alınmasını istəyib.
Qeyd edək ki, BMT-yə müraciəti İranın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Qulam Əli Xoşrou ünvanlayıb. Məktub BMT Baş katibi Antonio Quterreşə göndərilib.