İrandan 'B” Komandası”' xəbərdarlığı: Müharibə istəyir

Baxış sayı:
2647

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın əksinə, "B” Komandası" olaraq adlandırdığı Ağ Ev Milli Təhlükəsizlik Məsləhətçisi Con Boltonun rəhbərlik etdiyi qrupun diplomatiya yerinə müharibə istədiyini ifadə edib.
 
Zərif Twitter hesabından paylaşdığı mesajında,  ABŞ prezidenti Trampı Ağ Ev Milli Təhlükəsizlik Məsləhətçisi Con Boltonun rəhbərlik etdiyi "B” Komandası" mövzusunda xəbərdar edib.
Zərif mesajında bu ifadələrə yer verib:
"Donald Tramp ABŞ hərbi qüvvələrinin Bəsrə Körfəzində işinin olmadığı  mövzusunda yüz faiz haqlıdır. Qüvvələrini çəkməsi ABŞ və dünyanın mənfəətlərinə tamamilə uyğundur, ancaq “B” Komandası” ABŞ-ın mənfəətləriylə maraqlanmadığı açıqca ortadadır. Diplomatiyanı kiçik hesab edirlər və müharibəyə susamışlar".
Qeyd edək ki, Zərif Ağ Ev Milli Təhlükəsizlik Məsləhətçisi Bolton, İsrailin baş naziri  Binyamin Netanyahu, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman və BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd bin Zayid-i "B Komandasi" olaraq adlandırır.
ABŞ-ın 2003-dəki İraq işğalının memarlarından olan Boltonun Trampı  İrana qarşı hərbi hücuma çəkməyə çalışdığı açıqlamaları edilir. Tramp isə  iki gün əvvəl Ağ Evdə etdiyi bir çıxışında, Bolton haqqında, "Çox yaxşı iş  görür, amma Orta Şərq mövzusunda tez-tez aramızda anlaşılmazlıq olur" demişdi.
Müxalifət.az