İrandan Avropaya “Terrora dəstək” ittihamı

Baxış sayı:
4684

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif sosial media hesabından apardığı bölgüdə Hollandiya və Danimarka qurumlarının İran ilə bağlı açıqlamalarına cavab verib.
 
 Aralarında Danimarka, Hollandiya və Fransanın da olduğu Avropa ölkələrinin "12 min İranlını öldürən və Səddamın İraq kürdlərinə qarşı törətdiyi cinayətlərə ortaq olan Xalqın Mücahidləri Təşkilatı ilə "günahsız İranlıları öldürən Avropadakı digər terrorçulara ev sahibliyi etdiyini" irəli sürən Zərif, "İranı günahlandırmaq Avropanı terrorçuları qoruma məsuliyyətindən xilas etməyəcəkdir" deyə qeyd edib.
Müxalifət.az