İrandan Avropa Birliyinə “rədd” cavabı !

Baxış sayı:
12736

İran Xarici İşlər Nazirliyi Aİ Şurasının bəyanatına cavab verdiyi açıqlamada, Aİ-nin qərarlarını, "düşmənlərin İran-Aİ münasibətlərini pozmağa yönəlik təşəbbüsləri istiqamətində edilmiş əsassız bəyanatlardır" kimi qiymətləndirib.
 
 Açıqlamada, "Terror qrupları Avropada sərbəst gəzərkən bu əsassız və boş ittihamları irəli sürmək bu mərhələdə konstruktiv olmamaqla birlikdə, İranın Avropa ilə münasibətlərini baltalamaq istəyən düşmənlərin hədəfləri ilə eyni istiqamətdədir" ifadələrinə yer verilib.
 
Bölgədəki mövcud şərtlər.
 
 Ballistik raket proqramının müzakirə mövzusu olmayacağı bildirildiyi açıqlamada, "Bölgədəki mövcud şərtlər və İranın milli təhlükəsizliyinə yönəlik təhdidlər göz önünə alındıqda, İranın müdafiə fəaliyyətləri ilə bağlı iddiaların bölgə təhlükəsizliyi və Avropanın həqiqi maraqlarına uyğun olmadığına inanırıq" deyilib.
İran Avropa torpaqlarında sui-qəsd cəhdləri və terror hücumları kimi bəzi "düşməncəsinə" fəaliyyətlərlə bağlı ona yönəldilən ittihamları isə "heyrətamiz" şəklində qiymətləndirərək rədd edib.
Qeyd edək ki, Aİ Şurası dünən İrana qarşı qəbul olunan qərarlara dair yazılı bəyanat vermişdi.
 Açıqlamada, nüvə müqaviləsinə dəstək bildirərkən, Tehranın ballistik raket fəaliyyətlərindən və Suriya ilə Livan kimi ölkələrdəki rolundan dərin narahatlıq duyulduğu ifadə edilmişdi.
Müxalifət.az