İrandan ABŞ-ın qərarına sərt təpki!

Baxış sayı:
5104

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi ABŞ-ın İranın neft-kimya sənayesinə yönəliki sanksiyalarına təpki göstərib.
 
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi ABŞ-ın İranın ən böyük neft-kimya şirkəti İran Körfəzi Neft-Kimya Sənayesi Şirkəti (Persian Gulf Petrochemical Industries Company/PGPIC) ilə 39 alt şirkətini sanksiya siyahısına salması ilə əlaqədar yazılı açıqlama verib.
ABŞ prezidenti Donald Trampın İran ilə müzakirə iddialarının mənasızlığının ortaya çıxması üçün yalnız bir həftənin yetərli olduğunu ifadə edən Musəvii, dünyanın ABŞ-ın sanksiya kartıyla beynəlxalq hüququn təməl qanunlarını pozmasına təpki verməsini istəyib.
ABŞ-ın yeni sanksiyalarını qınayan Musəvi bu addımın "ABŞ-ın İrana yönəlik düşmənliyinin davamı və iqtisadi terrorizmin bir nümunəsi olaraq atıldığını" qeyd edib.
 
"Beynəlxalq öhdəliklərə də zidddir"
 
ABŞ-ın təzyiqləri maksimum səviyyədə tətbiq siyasətinin müvəffəqiyyətsiz olduğunu və bunun əvvəlki prezidentlər tərəfindən də dəfələrlə sınanmış bir üsul olduğunu irəli sürən Musəvi,  "Bu üsul səhvdir və ABŞ hökuməti bu siyasət istiqamətində müəyyən olunmuş heç bir hədəfə çata bilməyəcək. ABŞ-ın bu addımları beynəlxalq əlaqələr və hüququn təməl qanun və prinsiplərinə zidddir. Ayrıca ABŞ-ın riayət etməli olduğu beynəlxalq öhdəliklərə də zidddir" deyib.
ABŞ mövqelərinin müzakirə ilə əlaqədar açıqlamalarının ictimaiyyətin diqqətini çəkməyə və aldatmağa yönəlik olduğunu və həqiqi olmadığını ifadə edən Musəvi, bunları qeyd edib:
"Bütün ölkələr beynəlxalq hüququn təməl qanunlarını pozan bu addıma təpki verməklə məsuldur. Beynəlxalq ictimaiyyətin çox istiqamətli nailiyyətlərinin ABŞ rəhbərliyi tərəfindən birtərəfli və güc istifadə edərək ortadan qaldırılmasına icazə verilməməlidir".
Müxalifət.az