İrandan ABŞ-ın 'qlobal koalisiya" təşəbbüsünə cavab

Baxış sayı:
13846

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi ölkəsinə qarşı ABŞ liderliyində qlobal bir koalisiya yaratmaq üçün atılan addımların yeni olmadığını və Amerikan rəhbərliyinin bunu bacara bilməyəcəyini söyləyib. ABŞ Xarici İşlər naziri Mayk Pompeonun "İrana qarşı qlobal bir koalisiya meydana gətirmənin ilk addımı" olaraq xarakterizə etdiyi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrlikləri (BƏƏ) səfəri ilə bağlı Musəvi, "Koalisiya yaratmaq üçün atılan addımlar yeni deyil və yaratdıqları ittifaqlar da uğursuz olmuşdur" deyib. İranın 15 ölkəylə qonşu olduğunu xatırladaraq onlara qarşı koalisiya yaratmağın çətinliyinə diqqəti çəkən Musəvi, "Bölgəyə hər gün də gəlsələr uğurlu ola bilməyəcəklər. Bir-birinə zidd açıqlamalar da ABŞ-ı idarə edən qrupdakı siyasətsizliyi və dağınıqlığı göstərir" fikirini paylaşıb. ABŞ-ın İrana yönəlik yeni sanksiyalarıyla əlaqədar olaraq da Musəvi, "ABŞ-ın İrana qarşı tətbiq etmədiyi sanksiya qaldımı? Bu sanksiyaların nə qazancı oldu? Onlar daxili və xarici ictimaiyyəti təsir altına almağa çalışır. Bu sanksiyaları düşməncə və iqtisadi terrorizm daxilində qiymətləndiririk" deyib. Musəvi Yaponiya baş naziri Abe Şinzonun yazılı bir mesaj gətirmədiyini, yalnız bölgədə gərginliyin aşağı salınması istiqamətində şifahi bir mesaj çatdırdığını qeyd edib. Bölgədə gərginliyi artmasının arxasındakı gücün İran olmadığını və təzyiqin salınmasını məmnuniyyətlə qarşılayacaqlarını dilə gətirən Musəvi, bölgə ölkələriylə də dialoqa hazır olduqlarını ifadə edib. Nüvə razılaşmasının davam etməsinin bütün tərəflərin təəhhüdlərini yerinə yetirməsinə bağlı olduğunu qeyd edən Musəvi, ABŞ-ın müqavilədən birtərəfli qaydada çəkilməsindən sonra razılaşmada qalan ölkələrin bu beynəlxalq nailəyyətin əldən getməsinə icazə verməyəcəklərini bildirib. Musəvi Avropa Birliyi ölkələrinin konkret addım atmaması və İranın tələblərinin reallaşmadığı təqdirdə, nüvə razılaşmasındakı təəhhüdləri təxirə salmağa davam edəcəklərini və ikinci addımı daha güclü atacaqlarını sözlərinə əlavə edib. Müxalifət.az