İrandan ABŞ-ı lağa qoyacaq bircə sözlük cavab

Baxış sayı:
4852

İranın Xarici İşlər naziri Cavad Zərif Tehranın "Nüvə razılaşmasından əvvəl də razılaşma şərtlərini pozduğunu" iddia edən Ağ Evin açıqlamasına bir sözlə "Ciddisiniz" deyərək cavab verib.
 
Zərif Ağ Evin bu ittihamına Twitter hesabından açıqlama verərək "Ciddisiniz” deyə ritorik sual yönlətməklə ABŞ-I lağa qoyub.
Zənginləşdirilmiş uran limitini nüvə razılaşmasında ifadə edilən 300 kiloqram saxlama limitini aşdığını bəyan edən İrana yönəlik Ağ Ev tərəfindən nümayiş olunan açıqlamada, "Nüvə razılaşması reallaşmadan əvvəl də İran razılaşmanın şərtlərini pozurdu" ifadələrinə yer verilməsi sosial mediada lağ mövzusu olmuşdu.
Müxalifət.az