​İrandakı təyyarə faciəsi ilə bağlı - Yeni xəbər

Baxış sayı:
3490

İranın axtarış-xilasetmə xidmətləri ATR-72 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların bəzilərinin cəsədlərini aşkar edib.
Muxalifet.az xəbər verir ki, xilasedicilər və hərbçilər təyyarənin qəzaya uğradığı əraziyə çatıb və bir neçə nəfərin cəsədini aşkarlayıb. Onlara havadan helikopterlər aktiv kömək edir.
Hazırda qəza nəticəsində həlak olanlardan azı 30-nun cəsədi tapılıb.
Xatırladaq ki, fevralın 18-də Tehran-Yasuc reysini həyata keçirən “Aseman Airlines” aviaşirkətinə məxsus ATR-72 təyyarəsi İsfahan vilayətində Dena dağları üzərində radarlardan itmişdi. İlkin məlumata görə, təyyarənin göyərtəsindəki 66 nəfərin (60 sərnişin və 6 ekipaj üzvü) hamısı həlak olub. Təyyarənin qalıqları bu gün 4000 metr yüksəklikdəki dağlıq ərazidə aşkarlanıb.