​İRANDAKI ETİRAZLARIN HƏDƏFİ... – Rus politoloq

Baxış sayı:
1950

İrandakı etirazlar rejimə qarşı deyil.
Muxalifət.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Maksim Şevçenko İran səfərindən sonra hazırladığı video müraciətdə söyləyib. Onun sözlərinə görə, bu mitinqlər iqtisadi səbəblər ucbatından yaranıb:
 “Bu mitinqlərə kiçik və orta burjuaziyanın nümayəndələri çıxmışdılar. Bu insanlar adətən hansısa biznes üçün pul götürür və onu dövriyyəyə buraxırlar. Sonradan əgər bu biznes sərfəlidirsə, onlar borclarını verir və fayda götürürlər. Lakin qiymətlərin 2017-ci ilin sonunda gözlənilməz artımı bu kiçik və orta sahibkarları pis vəziyyətə saldı. Borca düşən insanlar və ailələrinə qida aparmaq imkanından məhrum olanlar küçələrə çıxmağa başladılar. İlkin olaraq onlar Tehranda və ya meqapolislərdə yox, kiçik şəhərlərdə küçələrə çıxdılar. Məhz bu kiçik şəhərlər daha çox pul, bank dövriyyəsindən asılı olurlar”.
Politoloqun sözlərinə görə, İran sosial dövlətdir və burada əhali dövlətə özünün əsas müdafiəçisi kimi güvənib yaşayır:
 “Hazırkı vəziyyətdə elitanın elə də böyük olmayan qrupu idxal və ixracın ödənildiyi maliyyə axınına müdaxilə edir. Ölkənin əsas ixracı enerji resurslarıdır, idxal isə İran üçün vacib olan texnologiyalar, tibbi ləvazimatar və digər vasitələrdir. Kiçik qrup bu müdaxilə nəticəsində bir anın içində zənginləşə bilib. Hazırda İranda baş verənlər liberal reform, daha dəqiq desək, dünyaya açılmadır. İranlıların əksəriyyəti bir anın içində varlanan banklardan asılı vəziyyətə düşür və bu, tamamilə böyük disbalans yaradır. Məhz bu situasiya əhalidə etiraz hislərini alovlandırır.
İlk aksiyanın baş verdiyi yer Məşhəd şəhəri idi. Bura İranın ən dindar şəhərlərindən biridir. İranlıların mənə dediyinə görə, burada nümayişçilərə faktiki olaraq konservativ mollalardan biri rəhbərlik edib. Bu isə bizə molla rejiminə qarşı liberal qiyamın başlanması haqqında zamanında təqdim edilən rəsmə uyğun gəlmir. Əksinə, İranın məhz dini kəsimi ədalətsiz liberal kapitalizm istəmədiyini deyir.
İranda indi baş verənlər ciddi böhrandır. Bu, əslində növbəti mərhələyə keçidi göstərir. Mən inanmıram ki, İranda vilayəti- fəqih bitəcək. İranın daxilində kiçik resurs belə yoxdur ki, ali liderə öz etirazlarını bildirsin”.