İrandakı etirazlarda ƏN BÖYÜK TƏHLÜKƏ – PKK/PJAK

Baxış sayı:
1722

İranda günlərdir davam edən etiraz aksiyalarında ehtimal olaraq PKK-nın İran qolu olan PJAK-ın hər an hərəkətə keçə biləcəyi ortaya çıxıb.
 
Bu gün “İran Suriyaya çevrilə bilərmi” deyə, soruşulur.
İran, Suriya və İraq kimi deyil, daha köklü dövlət quruluşu vardır.
Amma əgər kimlərsə, xaricdən müdaxiləylə İranı Suriyaya çevirməyə çalışsa, o zaman ilk ağla gələn İsrailin “Oded Yinon” layihəsi olacaq.
Bu layihə nəyi özündə ehtiva edir?
Bu layihə bir sözlə “Böyük İsraili” nəzərdə tutur.
1982-ci ildə yazılmış olan bu qanlı plan, bu gün hələ də masada icraya hazır vəziyyətdə tutulur.
Bu planın daxilində parçalanmış Suriya, İraq və İran var.
O hədəfin içərisində təbii ki, Türkiyə də vardır.
Türkiyənin ətrafında onu hər an təhdid edəcək bir terror dövləti qurulması hesablanır.
 
ƏN BÖYÜK TƏHLÜKƏ PKK/PJAK
 
İranın illərdir Kürdlərlə anlaşma halında olmasına baxmayaraq PKK-nın İran qolu olan PJAK terror təşkilatı partlayışa hazır əl bombası kimi, İran torpaqlarında durur. Və bu gün İranda üsyan qaldıranlar arasında onlar da vardır. İran üsyanı üçün ən böyük təhlükə də budur.
Türkiyə Suriya və İraq sərhədlərində PKK-ya qarşı bütün tədbirlərini alıb, eyni təhlükə İran üçün də mövcuddur.
Və bu təhlükəli proses İranı Suriyaya çevirməyə qədər imkişaf edə bilər.
Doğrudur, İran Suriya deyil və daha köklü dövlət quruluşuna məxsusdur. Ancaq nə qədər uzaq ehtimal kimi görünsə də, PKK/PJAK-ın meydana sürülməsi bir fəlakət ssenarisi kimi durmaqda davam edir. Təbii ki, xarici oyunçuların əlində.
1979-cu ildə Şah rejimini devirənlər də tək deyildi, onların da Qərbdən havadarları vardı.
Bu gün də İrandakı üsyançılara dəstək var, nəticə də oxşar ola bilər.

Müxalifət.az