İrandakı etiraz dalğasının SƏNGİMƏ SƏBƏBLƏRİ

Baxış sayı:
4861

Bu gün İranda etiraz aksiyalarının səngiməsi bir çox suallar yaradıb. Bəzi ekspertlər İrandakı sosial etirazlarının təzyiqinin düşməsində İran düşməni ABŞ prezidenti Tramp və İsrailin baş naziri Netanyahunun nümayişçilərə dəstək açıqlamasının təsir etdiyini iddia edirlər. Haqsız da deyillər. Çünki İran düşmənlərinin bu səviyyədə dəstək verməsi İran cəmiyyətində “xarici müdaxilə” qorxusu yaratdı ki, bu vəziyyətdən də hakimiyyət yaralanaraq küçələrə çıxanlara xarici casus damğası vura bildi. Təbii ki, bu məsuliyyəti bölüşmək istəməyən insanlar da mənəvi-psixoloji yükün ağırlığını hiss edib, tədricən küçələrdən çəkildilər. Ancaq bunlar etirazların səngiməsinin tək səbəbi deyil. Başqa səbəblər də vardır.
 
RUHANİ AVROPADAN ALDIĞI DƏSTƏKLƏ HƏDƏFİ TƏRSƏ ÇEVİRDİ
 
İran prezidenti Həsən Ruhani ABŞ, İsrail və Səudiyyə Ərəbistanından fərqli olaraq Avropa İttifaqı ölkələrindən ciddi dəstək aldı. Ruhani özünə qarşı başlayan aksiyalarda mülayim mövqe nümayiş etdirdi. Nümayişçilərin hamısının xaricdən göstəriş almadığını dedi ki, xalqın dərdlərini anlamaq üçün bunun bir fürsət olduğunu bəyan etdi. Və hadisələr bir neçə gün sonra dini lider Əli Xameneyi hədəf alaraq başqa bir yönə istiqamət götürdü.
 
HADİSƏLƏR ÇIĞRINDAN ÇIXAN KİMİ MÜDAXİLƏ SƏRTLƏŞDİ
 
Bununla da İran prezidenti Ruhani ilə dini lider arasında fikir ayrılıqları gün üzünə çıxdı. Hadisələrin Ruhani ilə başlayıb, Xameneyiyə dönməsindən sonra dövlət dövrəyə girdi. Etirazların 3-cü.günü müdaxilə sərtləşdi. Və bir həftə ərzində 29 nəfər öldürüldü. Təbii ki, bununla yanaşı nümayiş üçün deyil, təxribat üçün küçəyə çıxanların və vandallıq edənlərin hücumları da oldu. Bu hücumlarla birlikdə rejim qüvvələri də hədəf alındı və ən az 1 polis məmuru ilə 3 kəşfiyyat məmuru də öldürüldü.
 
İRAQ VƏ SURİYA NÜMUNƏLƏRİ DƏ TƏSİRLİ OLDU
 
İran, İraq və Suriya kimi deyil. Köklü bir dövlət quruluşuna malikdir. O səbəblə bu hadisələrlə İranın İraq, Suriya, ya da Liviyaya çevrilməsini gözləmək doğru deyil. İranda istər dövlət quruluşu, istərsə xalq, burnunun dibində yaxın zamanda reallaşan kənar müdaxilələrlə nələr olduğunu çox yaxşı dərk edirlər. İraq, Suriya və Liviya nümunələri, xüsusilə də Səddamı ABŞ-ın əli ilə tutub, İraqlılar tərəfindən dar ağacına çəkilməsindən sonra İraqın hansı vəziyyətə düşdüyü, Liviyanın NATO tərəfindən vurulub, Qəddafinin Liviyalılar təslim edilməsi ilə xalq tərəfindən işgəncə ilə edam olunmasından sonra Liviyanın başına nələrin gəldiyi, İranlılar tərəfindən yaxından izlənilir.
 
 HADİSƏLƏR DURULUR, AMMA REJİM İSLAHATA GETMƏZSƏ...
 
İranda iqtisadi böhranla başlayan üsyan yaxın zamanda dayanacaq. Ancaq bu İran üçün yaralarını sağaltması anlamına gəlməz. Çünki İranda problemlər elə kiçik miqyasda keçiriləcək olan düzəltmələrlə həll ediləcək qədər xırda deyil. İqtisadi sıxıntılarla yanaşı, inqilabın ağır təzyiqi altında əzilən milyonlarla insan var. Tehran rejimi əgər özünü məğlubedilməz və xalqının dərdlərinə çarə tapacaq şəkildə islahatlara getməsə, bu gün tikiş atılan yara yaxın perspektivdə yenidən açıla bilər.
Müxalifət.az