​İrandakı etiraz dalğasının əsas səbəbi ilə bağlı yeni İDDİA, FOTOLAR

Baxış sayı:
3494

Müdhiş iddia: İranın varlı uşaqları əhalini qıcıqlandırır 

İranda günlərdir ki, davam edən etirazlara varlı uşaqlarının “İnstaqram” paylaşımları təsir göstərir.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda “Nyu-York Tayms” qəzetində bir xəbər yer alıb. Məqaləyə görə, varlı uşaqların şişirdilmiş həyatları kasıb iranlıları qızışdırır.
İranlı varlı uşaqları keçdiyimiz illərdə “İnstaqram”da hesab açdıqları zaman həm yerli media, həm də xarici mediada çox müzakirə olunan mövzular idi. Çünki Tehranın varlı uşaqlarının paylaşdıqları fotolar həm çaşdırmış, həm də hadisə yaratmışdı. Hesabda İranın varlı gənclərinin şişirdilmiş yaşam tərzi, gənc qızların başı açıq, hətta bikinili şəkilləri İranda çox danışılmışdı.
Sosial mediada “Riç Kids of Instagram” (“İnstagram”ın Varlı Uşaqları) adlı hesabdan ilham alaraq açılan “Rich Kids of Tehran” (Tehranın Varlı Uşaqları) hesabı indi də İrandakı etirazlara görə gündəmdədir.
Mövzu ilə bağlı olaraq “Nyu-York Times” qəzetinə bir yazı yazan iranlı qəzetçi Amir Ahmadi Arian aşağıdakıları qeyd edib: “İranın varlı uşaqları sərvətlərinin qaynaqlarından xəbərsiz yeni aristokrat bir sinif kimi davranırlar”.
Yazar eyni zamanda qeyd edib ki, varlı uşaqları “Arian”, “Porsches” və “Maserati” markalı maşınları ilə Tehran küçələrində, yoxsulların gözü qabağında gəzərək, özlərini nümayiş etdirir və kasıblarda qıcıq doğururlar.