İranda yük təyyarəsi qəzaya uğrayaraq düşdü

Baxış sayı:
5701

İranın paytaxtı Tehrana bağlı Sefadeşt kəndində bir yük təyyarəsi qəzaya uğrayaraq düşüb
 
 İranın paytaxtı Tehrana bağlı Sefadeşt kəndində Qırğızıstanın paytaxtı Bişkekdən havaya qalxan Boeing 707 tipli bir yük təyyarəsi düşüb. Təyyarədə 9 nəfərin olduğu və hamısının həlak olduğu bildirilib. Təyyarənin paytaxt Tehranın qərbində yerləşən Peyam Beynəlxalq Hava Limanına enmək üçün enişə keçdiyi zaman düşdüyü qeyd olunub.
Hadisə yerinə çox sayda polis və ilk yardım briqadası sövq edilib.
Müxalifət.az