​İranda vəhşət DAVAM EDİR: ölənlərin sayı 30-a ÇATDI - VİDEO

Baxış sayı:
2677

İranda hökumət əleyhinə etiraz aksiyalarında ölənlərin sayı artıb.
Muxalifət.az xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılarla hakimiyyət orqanları arasında toqquşmada ölənlərin sayı 30-a çatıb.
Xəbərdə qeyd olunur ki, yeni il axşamı etirazçılar İranın təhlükəsizlik bürosunun binasına hücum ediblər. Ölkənin hüquq-mühafizə sistemini və hərbi bazaları ələ keçirməyə çalışan aksiya iştirakçıları arasında xeyli sayda ölən və yaralanan var.
Xatırladaq ki, etirazlar dekabrın 28-də İranın Məşhəd şəhərindən başlayaraq digər böyük şəhərlərə yayılıb.