İranda evlilik təklif etdi: Həbs olundu

Baxış sayı:
6364

İranda ictimai yerdə evlilik təklifi edən sevgililər həbs olunub.
 
Sosial mediada yayılan bir video  ajiotaja səbəb olub. Videonun İranda çəkildiyi bildirilib. Sosial mediada qısa müddətdə yayılan videoda, bir nəfər ictimai yerdə ürək formasında gülləri sevgilisinə təqdim edərək evlilik təklif edib. Qadın da təklifə razılıq verərək evlilik təklifini qəbul edib və nişan üzüklərini taxıblar.
İran polisi iki nişanlını da nəzarətə alıb. Əsas olaraq da ictimai yerlərdə evlilik təklif etməyin İran qanunlarına zidd olması göstərilib. Araq rayonunun polis şefi Mostafa Norouzi bu vəziyyətin qanunlara zidd olduğunu və gənclərə pis nümunə olduğunu deyib. Norouzi, "dünyanın başqa yerlərində populyar olan hər şeyi burada görməyə çalışmaq qəbul edilməzdir. Çünki bunların bir hissəsi qanunlarımıza, adət və ənənələrimizə uyğun gəlmir" deyə bildirib.
Alınan məlumatlara görə, nəzarətə alınan cütlüyün daha sonra girovla sərbəst buraxıldığı bildirilib.
Müxalifət.az