İranda ETİRAZLAR YENİDƏN BAŞLADI

Baxış sayı:
5260

Paytaxt Tehran və bir çox şəhərdə küçələrə tökülənlər, dini lider Xamneyinin əleyhinə şüarlar səsləndirib. Bəzi şəhərlərdə polis və nümayişçilər toqquşub, Dezfulda etirazçıların bir polisi qovması sosial mediada görüntülənib.
 
Tehran rəhbərliyi aksiyaların sona çatdığını elan etsə də, müxalifətçilər dünən gecə yenə küçələrə çıxıb. Müxaliflər, böyük bir aksiyanın keçirildiyi Sanandajda ölənlərin olduğunu bildirir.
Paytaxt Tehranda “Rədd Olsun Xamneyi”, “Referendum ümidimizdir” şüarları səsləndirilib. Şirazda polis və nümayişçilər toqquşub, nəqliyyatın hərəkətini dayandıran izdiham baş küçədə yanğın törədiblər.
Huzistanın Dezful əyalətində yüzlərlə insan aksiya keçirib, bir polisin qaçması sosial mediada yayınlanıb.
Loristan əyalətində küçəyə çıxanlar dini lider Ayətullah Xamenei əleyhinə şüarlar səsləndirib.
Türkiyə sərhədinə yaxın Urmiyada da izdihamlı aksiya keçirilib. Yenə eyni bölgədəki Kirmanşahda da etirazlar davam edib.
Müxalifət.az