​İranda etirazlar: Bir gecədə 9 nəfər QƏTLƏ YETİRİLDİ

Baxış sayı:
3179

İranın İsfahan əyalətində bu gecə 9 nəfər etiraz aksiyası zamanı həlak olub.
Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı İran dövlət televiziyası yayıb. Ölənlərdən 6-sı Kaxdaridcan, 2-si isə Xomeynişəhr də qətlə yetirilib. Nəcəfabadda isə bir nəfər SEPAH əməkdaşı öldürülüb. Bununla etiraz aksiyalarında ölənlərin ümumi sayı 20-yə çatıb.
Qeyd edək ki, dünən ölənlərin 18 nəfər olduğu haqqında məlumat yayılmışdı.