İranda dəhşətli gün: Qəzalarda 36 nəfər öldü

Baxış sayı:
2794

Ötən 1 sutka ərzində İranda baş verən yol qəzaları nəticəsində 36 nəfər həlak olub.
Muxalifet.az-ın məlumatına görə, bunu İranın Yol Polisinin trafikə nəzarət və informasiya mərkəzinin rəisi polkovnik Nadir Rəhmani deyib.
N.Rəhmaninin sözlərinə görə, sutka ərzində 28 nəfər şəhərlərdən kənar yollarda, 8 nəfər isə şəhərdaxili yollarda həlak olub.
Polis rəisi şəhərdaxili yol qəzalarında 298 nəfərin, şəhərlərdən kənar yollarda isə 382 nəfərin yaralandığını bildirib.