​İranda buna yol vermək olmaz - ABŞ

Baxış sayı:
3883

İranda Suriya ssenarisinin təkrarlanmasına imkan vermək olmaz.
Muxalifət.az xəbər verir ki, bu barədə bəyanatı ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli söyləyib.
“Dünya Suriyada baş verən dəhşətlərin şahidi oldu. Bu hadisələr isə qəddar rejimin öz xalqının dinc toplaşmaq haqqını inkar etməsindən sonra başladı. Biz imkan verə bilmərik ki, bu şeylər İranda da olsun. İran rejimi xalqın öz səsini dünyaya çatdırması imkanlarından məhrum etmək istəyir”, – Heyli bildirib.