İranda bombalı hücum!

Baxış sayı:
6007

 İranın Çabahar şəhərində bomba yüklü avtomobil partladılıb. Əldə edilən ilk məlumatlara görə, hücumda 3 nəfər ölüb, çox sayda adam da yaralanıb.
 
İran dövlət televiziyasının xəbərinə görə, İranın cənub-şərqində yerləşən liman şəhəri Çabaharda bombalı maşınla bir hücum təşkil olunub.
İran mətbuatı hücumda bu ana qədər ən az 3 adamın öldüyünü, çox sayda insanın da yaralandığını bildirib.
Hadisənin terror hücumu olub olmadığı bilinmir.
Müxalifət.az