​ “İrana müdaxilə edən ölkə hədəfimizə çevrilər...” - Türkiyə AÇIQ MEYDAN OXUDU

Baxış sayı:
5791

Bizim üçün İranda sabitliyin, sülhün olması əhəmiyyətlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
Yıldırım bildirib ki, başqa ölkələrin daxili işlərinə qarışmaqda maraqlı olan ölkələrin sayı çoxdur:
"İndi də İranda problemləri qızışdırmağa və bölgədə yeni qaynar nöqtələrin yaradılmasına çalışırlar. Təəssüf ki, bölgədə onların maraqlarından çıxış edənlər var və biz bundan xəbərdarıq. Qardaş İran xalqının bu məsələlərə daha həssas yanaşmasını istəyirik. Bizim üçün İranda sabitliyin olması vacibdir. Xaricdən müdaxilənin olmasına əsla göz yummarıq. Qonşumuz İranın tezliklə sabitliyini bərpa etməsini gözləyirik".
Qeyd edək ki, dekabrın 28-dən başlayaraq İranın iri şəhərlərində ardıcıl etiraz aksiyaları keçirilmişdi.