​İrana ABŞ-dan daha bir zərbə: YENİ SANKSİYA

Baxış sayı:
1861

ABŞ ölkədə ayağa qalxan dinc nümayişçilərə qarşı güc tətbiq edən İran hakimiyyətinə qarşı sanksiya tətbiqi məsələsinə baxır.
Muxalifət.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departramentinin rəsmisi Hizert Noyert bildirib.
Onun sözlərinə görə, ABŞ dinc yolla aksiya keçirən nümayişçilərin hüquqlarının pozulması ilə bağlı hesabatları yaxından izləyir.
Qeyd edək ki, dekabrın 28-də İranın bir sıra iri şəhərlərində başlayan kütləvi etiraz aksiyaları zamanı 23 nəfər həlak olub.