​"İran Yaxın Şərqdə sabitliyə təhdid törədir" – TİLLERSON

İran nüvə proqramına dair "altılıq" ölkələri ilə razılaşma imzalamasına baxmayaraq Yaxın Şərqdə sabitliyə təhdid olaraq qalıb.
“RİA Novosti" xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.
"Təəssüflər olsun ki, İranla razılaşma imzalanandan sonra biz sabit və sülh içində olan regiondan başqa hər şey gördük", - deyə o bildirib.
Dövlət katibinin qənaətincə, razılaşmanın nəticələrinin gözləntiləri regiona sülh və sabitlik gətirməlidir.